Dekabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Riqoletto" operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, Ukrayna Milli Operasının solistləri də iştirak edəcəklər. Belə ki, tamaşada Riqoletto partiyasını Ukraynanın Əməkdar Artisti Pyotr Primak, Hersoq partiyasını isə Ukraynanın Əməkdar Artisti Dmitri Kuzmin ifa edəcək.
Səhnə əsərində xalq artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Əkrəm Poladov, Səbinə Əsədova və gənc solist Nina Makarova da çıxış edəcək.
Operanın dirijoru xaalq artisti, professor Cavanşir Cəfərovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB