Nəsibə Zeynalovanın 100 illik yubileyi

Nəsibə Zeynalovanın 100 illik yubileyi

Nizami Kino Mərkəzində sevimli aktrisa xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar görkəmli gülüş ustasının çəkildiyi filmlərin nümayişi keçiriləcək. SİA-nın məlumatına görə, milyonlarla insanın ürəyini fəth etmiş aktrisa Nəsibə Zeynalova filmlərdə yaratdığı obrazlarla bir daha tamaşıçılarını sevindirəcək.

Həftə ərzində, noyabrın 23-də "Bəyin oğurlanması" milli komediyası, 24-də əfsanəvi "Bizim Cəbiş müəllim" , 25-də "Qanun naminə" bədii filmləri və 26-da "Qaynana " komediyası şəhər sakinlərinə və şəhərin qonaqlarına təqdim olunacaq.

Qeyd edək ki, filmlərə giriş sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə