Nazirimiz Yalçın Topçununun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Nazirimiz Yalçın Topçununun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Respublikasının Prezidentinin baş müşaviri, keçmiş mədəniyyət və turizm naziri Yalçın Topçunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq barədə fikir mübabiləsi aparılmış, cari ilin 22 noyabr tarixindən etibarən Nizami Kino Mərkəzində təşkil olunacaq Türk Filmləri Həftəsinin proqramı müzakirə edilib.

Görüşdə, həmçinin tarixdə mövcud olan Azərbaycan və Türkiyə milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək məqsədilə birgə filmlərin istehsalı və ortaq türk mədəniyyətinin qorunması üçün beynəlxalq səviyyəli birgə layihələrin həyata keçirilməsi barədə fikirlər irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə