“Dələduz” tamaşasının premyerası olub FOTOLAR

“Dələduz” tamaşasının premyerası olub FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında görkəmli Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirovun "Dələduz" tamaşasının premyerası olub. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Tamaşada teatrın aktyorlarından Teymur Məmmədov (Mirzə Dadaş), Mətanət Eres (Gülcahan), Etibar Cəfərov (Məcid), Rasəf Mehdiyev (Qurbanəli), Nazir Rüstəmov (Divanbəyi), Vüqar Ağayev (Fərraş Məmmədəli), Sevic Ağayeva (Pəricahan), Vüsalə Məmmədzadə (Nurcahan), Xanirə İsgəndərova (Ana), Məhbubə Fətəliyeva (Tükəzban) iştirak ediblər.

Tamaşanı izləməyə Şuşa Humanitar Kollecinin tələbələri təşrif buyurub. Tamaşa tələbələr tərəfindən alqışlarla qarşılanıb.

Fotolar: Rəsul Mübarizoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə