Noyabrın 22-də Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı olacaq. SİA-nın məlumatına görə, teatrın kollektivi mövsümün ilk tamaşası kimi M.F.Axundzadənin "Hacı Qara" komediyasını təqdim edəcək.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı əməkdar artist, teatrın baş rejissoru Firudin Məhərrəmovdur. Sumqayıt teatrının "Hacı Qara"sı traktofkası və aktyor improvizəsi ilə fərqlənir.
Hacı Qara rolunu istedadlı aktyor Akif Mirzəyev oynayır. Əsas rolları əməkdar artistlər Cəlal Məmmədov, İlahə Səfərova, aktyor İlham Səfərli və başqaları canlandırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB