Bakıda pulsuz türk filmləri nümayiş olunacaq

Bakıda pulsuz türk filmləri nümayiş olunacaq

Bakıda "Türk Filmləri Həftəsi"nə start veriləcək. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə baş tutacaq festival çərçivəsində məşhur rejissorların filmləri ilə yanaşı, kinosevərlər arasında xüsusi populyarlıq qazanan ekran işləri də nümayiş olunacaq.

Bununla əlaqədar noyabrın 21-də aktyorlardan Haydar Şişman, Sarp Leventoğlu, Meral Konrad, Emre Kızılırmak, Türkiyə prezidentinin ictimai məsələlər üzrə köməkçisi Yalçın Topçu, eləcə də yerli düşüncə dərnəyinin sədri Metin Gündoğdu ölkəmizə gələcəklər.

Qonaqların iştirakı ilə Avropa Otelində "Türk Filmləri həftəsi" mövzusunda Azərbaycan media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Mətbuat Konfransında əməkdar artist Azərin "15 Temmuz Gecesi" adlı mahnısını ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə