Əbülfəs Qarayev İndoneziyanın ölkəmizdəki səfirini qəbul edib FOTO
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Husnan bey Fananini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə ölkələr arasında qarşılıqlı əlaqələr, mədəniyyət və turizm sahəsində birgə əməkdaşlıq və gələcəkdə həyata keçiriləcək layihələr müzakirə olunub.
Səfir Husnan bey Fanani 19-20 noyabr 2016-cı il tarixində Bakıda ilk dəfə keçiriləcək İndoneziya Mədəniyyət Festivalı haqqında məlumat vermiş və naziri tədbirdə iştiraka dəvət edib.
Nazir Əbülfəs Qarayev ölkəmizdə belə tədbirlərin keçirilməsinin əhəmiyyətini yüksək vurğulayaraq, tədbirdə iştirak edəcək İndoneziya turizm şirkətləri ilə yerli turizm şirkətləri arasında görüşün təşkil olunmasını və bu çərçivədə turizm sahəsində əməkdaşlığın daha da artırılmasının vacibliyini vurğulanıb.
Səfir səmimi qəbula görə təşəkkür edib və bu sahələrdə gələcək əməkdaşlığa inamını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB