Cəlilabad rayon MKS şəhər 8 nömrəli məktəb-litseydə 17 noyabr Dirçəliş günü ilə əlaqədar "İnsanlara hürriyyət, millətlərə istiqlal " adlı ədəbi-bədii gecə keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Cəlilabad rayon MKS-nin direktoru Elçin Hüseynov açaraq 27 il əvvəl 1988-ci il noyabr ayının 17-də Azərbaycanın muasir tarixində bənzəri olmayan hadisələrin baş verdiyini, tariximizə Meydan hərəkatı kimi daxil olub. Həmin hadisələrin əslində xalqın özünü dərk prosesinin zirvəsi , Azərbaycanın gələcək ictimai-siyasi mənzərəsinin əhəmiyyətli dərəcədə müəyyənləşdirən amil olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə məktəbin pedaqoji kollektivi, kitabxanaçılar və fəal oxucular iştirak edib.
Tədbirdə məktəblilərin ifasında şeirlər səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB