Əməkdar artistin 75 illiyi qeyd olunub FOTOLAR

Əməkdar artistin 75 illiyi qeyd olunub FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında görkəmli sənətkar, teatr və kino aktyoru, əməkdar artist Hamlet Xanızadənin 75 illik yubileyi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının xalq artistləri Fuad Poladov, Rafiq Əzimov, Rasim Balayev, Nurəddin Mehdixanlı, Flora Kərimova, tanınmış tele radio aparıcısı Rahib Azəri, Akademik Milli Dram teatrının digər aktyorları və Xəzər rayonunun elm və təhsil işçiləri iştirak ediblər.

Yubiley gecəsində görkəmli sənətkar Hamlet Xanızadənin çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub, Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin "Fantaziya" skripkaçılar ansamblının, Mərdəkan Mədəniyyət Sarayının muğam üçlüyünün, "Lalələr" rəqs ansamblının ifaları səsləndirilib.

Teatr və Kino aktyorları sənətkarın həyat və yaradıçılığı ilə bağlı xatirələrini bölüşüblər.

Tədbirin sonunda Hamlet Xanızadənin qızı Xumar Xanızadə təşkilatçılara və bütün qonaqlara təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə