BTM və İFP ilə IRCICA baş direktoru arasında görüş keçirilib FOTO

BTM və İFP ilə IRCICA baş direktoru arasında görüş keçirilib FOTO

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva ilə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) baş direktoru Halit Eren arasında görüş keçirilib. SİA-nın məlumatına görə, G.Əfəndiyeva Fondun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviq edilməsi istiqamətində fəaliyyəti və gələcək layihələri barədə məlumat verib. H.Eren Fondun fəaliyyətinin Türk dünyasının birliyi üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib, Fond ilə IRCICA arasında uğurlu qarşılıqlı əməkdaşlığa inandığını ifadə edib.

Görüş zamanı G.Əfəndiyeva Qarabağ həqiqətlərinin dünyaya tanıdılmasına yönəlmiş müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. "Qarabağ: tarix və irs" mövzusunda Beynəlxalq Elmi Konfrans ilə əlaqədar Bakıda səfərdə olan H.Eren Qarabağ irsinin mühafizəsinin əhəmiyyət kəsb etdiyini bildirib. Tərəflər bu istiqamətdə birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və IRCICA arasında Anlaşma memorandumunun imzalanmasına dair razılıq əldə edilib, əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə