Mingəçevir Turizm Kollecində Konstitusiya Günü münasibətilə "Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır" adlı elmi-nəzəri konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə iştirakı ilə gerçəkləşib.
Öncə bayram tədbiri iştirakçıları Konstitusiya Gününə həsr olunmuş əl işləri və rəsm sərgisinə baxış keçirib. Eyni zamanda xüsusi monitor vasitəsilə Milli Konstitusiya tarixinə dair video çarx nümayiş olunub və bundan sonra elmi-nəzəri konfrans öz işinə başlayıb.
Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov çıxış edərək konfransı açıq elan edib.
"Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır" adlı məruzə ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin baş məsləhətçisi Sahib Əliyev bu kimi önəmli tədbirlərin təşkilində daima fəallıq nümayiş etdirən kollec kollektivinə şəhər rəhbərliyi adından təşəkkür edib.
Bundan sonra kollec Həmkarlar İttifaqı Komitəsi sədri İbrahim Əyyubov, pedoqoqlar Sevda Kərimova, Jalə Məmmədova və Nərgiz Əliyeva müxtəlif məzmunlu məruzələr səsləndirib.
Tədbirdə həm də mükafatlandırma mərasimi də keçirilib. Belə ki, Milli Konstitusiya Günü münasibətilə həyata keçirilmiş inşa və rəsm müsabiqəsi qaliblərinə fəxri diplomlar təqdim olunub.
Konfrans tələbə özfəaliyyət dərnəyi fəalları tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyanın nümayişi ilə başa çatıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB