Səməd Vurğunun 110 illiyi Türkiyədə qeyd olunacaq

Səməd Vurğunun 110 illiyi Türkiyədə qeyd olunacaq

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə İstanbulda və Ankarada yubiley tədbirləri keçiriləcək. SİA-nın məlumatına görə, yubiley tədbirləri çərçivəsində kitab və foto sərgi, Beynəlxalq elmi konfrans və şairin şeirlərindən ibarət bədii hissə keçiriləcək.

Noyabr ayının 14-də saat 12.00-da İstanbulda 36-cı İstanbul Beynəlxalq Kitab sərgi yarmarkasında Azərbaycan ekspozisiyasının önündə xalq şairi, görkəmli ictimai xadim Səməd Vurğunun 110 illik yubileyi ilə bağlı tədbir, noyabr ayının 15-də saat 15.00-da Ankarada TÜRKSOY-un iqamətgahında Beynəlxalq elmi konfrans, kitab sərgisi və Milli Kitabxnanın nəşri olan "S.Vurğun. Biblioqrafiya" kitabının təqdimatı Milli Kitabxanasında kitab və foto sərgi və biblioqrafiyanın təqdimat mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə