Milli Dram Teatrında “21:15 qatarı” tamaşası nümayiş olunacaq FOTOLAR

Milli Dram Teatrında “21:15 qatarı” tamaşası nümayiş olunacaq FOTOLAR

Akademik Milli Dram Teatrında Toyqun Orbayın pyesi əsasında hazırlanmış "21:15 qatarı" tamaşası nümayiş olunacaq. SİA-nın məlumatına görə, pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada xalq artist Hacı İsmayılov, xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Sənubər İsgəndərova, Firuz Xudaverdiyev, aktyor Ramin Şıxəliyev çıxış edirlər. 75 dəqiqə davam edən tamaşanın janrı bir hissəli mövcudluq oyunu kimi müəyyənləşdirilib.

Qeyd edək ki, T. Orbay 1956-cı ildə İstanbulda anadan olub. "Mat", "Şərəfinə insanoğlu" və "21:15 qatarı" pyeslərinin müəllifidir.

Pyesləri İstanbulda, Ankarada, İzmirdə, Girnedə, Nyu-Yorkda, Lefkoşada tamaşaya qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə