Fransanın "Terra" filmi Bakıda nümayiş olunub

Fransanın "Terra" filmi Bakıda nümayiş olunub

Bakıda keçirilən Avropa Film Festivalı çərçivəsində Fransa istehsalı olan "Terra" filmi nümayiş olunub. SİA-nın məlumatına görə, təqdimatdan əvvəl çıxış edən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez bildirib ki, bu film iki rejissorun əməyinin məhsuludur. Rejissorlar Yann Artus Bertrand və Mişel Pition "Terra" filmini iqlim dəyişikliyi, ekologiya mövzusuna həsr edib. Diplomat xatırladdıb ki, ötən il Fransada iqlim dəyişikliyinə həsr olunmuş konfrans keçirilib. Daha sonra film nümayiş olunub.

Qeyd edək ki, "Terra" həyat tarixini anladan filmdir. Rejissorlar filmdə canlı dünyanın ilkin yaranışından başlayaraq nəhəng meşələri, cəngəlliklərdə yaşayan meymunları, Savannanın mifik heyvanlarını canlandırırlar. On min il ərzində bəşəriyyətin təsiri altında yer üzündə həyat tamamilə dəyişib. Bir sözlə, "Terra" canlı həyat dünyasının tarixinə bir səyahətdir, bu həm humanist, həm müsbət bir film olmaqla insanlara bəşəriyyətin hələ də "ilkin yaranışa", "öz köklərinə" qayıtmağa qadir olduğunu göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə