Rafiq Əliyev və Cavid Təvəkkülün "Dərs" bədii filmi Belarusun "Listapad" 23-cü Beynəlxalq Minsk Film Festivalının "Qızıl Listapadik" mükafatına layiq görülüb. Bu barədə SİA-ya Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından bildirilib.
Məktəb həyatından, yeniyetmələrin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edən "Dərs" tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB