Nazir Halit Eren ilə görüşdü FOTOLAR

Nazir Halit Eren ilə görüşdü FOTOLAR

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (İRCİCA) baş direktoru Halit Eren ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə nazir Əbülfəs Qarayev 10 noyabr tarixində öz işinə başlayan "Qarabağ: tarix və irs" mövzusunda Beynəlxalq Elmi Konfransın təşkilinə və iştiraka görə qonağa təşəkkürünü bildirərək, tədbirin Qarabağ irsinin dünyada tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. Eyni zamanda, gələcəkdə də belə tədbirlərin keçirilməsində Qarabağ həqiqətlərinin dünyaya tanıdılması baxımından birgə əməkdaşlığı yüksək qiymətləndirib.

İRCİCA-nın baş direktoru Halit Eren növbəti ildə İstanbulda İRCİCA-nın baş qərargahında Qarabağ irsinin təbliği ilə bağlı tədbirlərin keçirilməsini və alimlərin iştirakı ilə elmi müzakirələrin aparılmasını təklif edib.

Bundan əlavə qonaq ölkəmizdə olmaqdan məmnunluğunu bildirdi və hər gəlişində Azərbaycan ilə rəhbərlik etdiyi təşkilat arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün layihələrin həyata keçirildiyini bildirib.

Nazir 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına qonağı dəvət edərək bildirib ki, oyunlar zamanı Bakıda xüsusi mədəniyyət proqramının da hazırlanması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə