Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə tədbirlər keçirilib

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə tədbirlər keçirilib

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Akmola vilayətinin Kokşetau şəhərində silsilə tədbirlər keçirilib.

"Dostluq evi"ndə keçirilən tədbirdə Azərbaycanın zəngin mədəniyyətini, multikulturalizm ənənələrini, tarixini, turizm potensialını əks etdirən sərgi təşkil olunub.

Kokşetauda yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirak etdikləri sərgidə Azərbaycan multikulturalizmi haqqında nəşrlər, habelə ölkəmizin xalçaçılıq sənəti nümunələri, milli geyimləri böyük marağa səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə