“Qarabağ: tarixi və mədəni irsi” mövzusunda elmi konfrans keçirilib FOTOLAR - SƏS TV

“Qarabağ: tarixi və mədəni irsi” mövzusunda elmi konfrans keçirilib FOTOLAR - SƏS TV

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və İslam Əməkdaşlıq Təşkilatının İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə "Qarabağ: tarixi və mədəni irsi" mövzusunda elmi konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda ilk olaraq çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfrans iştirakçılarına Qarabağın bizim torpaqlarımız olmasını bir daha diqqətə çatdırıb: "Bu günki konfransın mövzusu Azərbaycan xalqının ağrılı yeri olan Qarabağ tarixi ilə bağlıdır. Bu tədbiri xeyli müddətdir planlaşdırırdıq ki, həyata keçirək. Beynəlxalq ictimaiyyət tərəfindən Qarabağ mövzusuna müraciət olunması ondan xəbər verir ki, bu məsələ tək bizi narahat etmir. Eyni zamanda İslam dövlətlərinin alimlərini də maraqlandırır. Heç vaxt yaddan çıxarmamalıyıq ki, Qarabağ bizim torpağımızdır. Bu torpağın kiməsə verilməsi məsələsi heç vaxt Azərbaycan dövləti tərəfindən imkan verilməyəcək. Qarabağ haqda keçirilən konfranlar bizə ruh və güc verir ki, biz mütləq o torpaqlara qayıdacağıq.

Onu da qeyd edim ki, elə bir ay yoxdur ki, ermənilər tərəfindən gah musiqimizi, gah rəqslərimiz, gah mahnılarımızın oğurlanmasın. Bu işlərin qarşısını alan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkür edirəm.

Xüsusi ilə qeyd edim ki, bütün bəşəriyyət bilir ki, muğamımız, tarımız, aşıq musiqilərimiz, xalçamız Qarabağ torpaqlarına aiddir. İşğal olunmuş Qarabağ torpaqlarımız geri alınandan sonra məhv edilmiş milli adət-ənələrimizi bərpa edəcəyik. Orada dağıdılmış abidələrimizi üzə çıxaracağıq".

Tədbirdə söz alan İslam Əməkdaşlıq Təşkilatının İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin baş katibi Halit Eren "Qarabağ: tarixi və mədəni irsi" mövzusunda elmi konfransa qatıldığı üçün şərəf duyduğunu söyləyib: "Bu gün Qarabağın tarixi və mədəniyyəti ilə bağlı konfransı gerçəkləşdirirk. Biz İslam Əməkdaşlıq Təşkilatının İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi olaraq Türkiyədə 35 ildir ki, çalışırıq. Qarabağ yarayan qanamızdır. Ona görə də biz Qarabağ haqqında keçirilən konfransı proqramımıza daxil edərək Azərbaycanla əməkdaşlıq etdik. Bu layihə üzərində bir ildən artıqdır ki, çalışırq. Bundan sonra Qarabağ mövzusu İRSİKA-nın daimi olaraq proqramında olacaq. Biz təşkilat olaraq Qarabağın adət-ənənəsini İslam dünyası başda olmaqla bütün dünyaya yayacağıq. Bundan sonra Qarabağla bağlı bir çox konfranslar həyata keçirəcəyik".

Nəzərinizə çatdıraq ki, tədbir çıxışlarla davam edib.

Qeyd edək ki, konfrans çərçivəsində "Tarixdə Qarabağ", "Qarabağın Memarlıq İrsi", "Qarabağ Ermənistanın hərbi işğalı altında: qiymətləndirmə və nəticələr" və "Qarabağ incəsənəti və mədəni irsinin Azərbaycan identikliyi" mövzusunda sessiyalar keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə