Nəsimi Rayonu İcra Hakimiyyəti 9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq "Nizami" Kino Mərkəzində tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri Asim Mollazadə və Məlahət İbrahimqızı, məktəb şagirdləri və media mənsubları iştirak edib.
Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib və sonra video çarx nümayiş etdirilib.
Mərasimi giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanın dövlət bayrağının yaranma tarixindən söz açıb: "Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncamı ilə hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan bayrağını hər zaman başı üzərində saxlayıb. Prezident İlham Əliyev də Ulu Öndər Heydər Əliyevin bu uğurlu siyasətini davam etdirir. Bizim də borcumuzdur ki, hər zaman bayrağımızı qoruyaq. Ona hörmət edək".
Ötən gün hərbi hissələrdən birində təşkil olunan tədbirə qatıldığını deyən A.Əsgərov qeyd edib ki, əsgərlərimiz Azərbaycan torpaqlarını canla-başla qoruyurlar: "Zaman gələcək ki, 3 rəngli bayrağımızı işğal olmuş torpaqlarımızda dalğalandıracağıq".
Tədbirdə çıxış edən millət vəkili Məlahət İbrahimqızı 9 noyabr Dövlət Bayrağı Günü münasibəti ilə hər kəsi təbrik edib: "Ulu Öndər Heydər Əliyev bizə təkcə müstəqil Azərbaycanı yox, milli şüuru miras qoyub. Bayraq bizim kimliyimizdir. Bayrağın bir balaca parçasına görə, dədə-babalarımız sürgün edilib. Cənab Prezidentimiz İlham Əliyev Azərbaycan bayrağı qarşısında diz çökür. Bunu heç bir ölkənin prezidenti etmir. Bayraq bizim şəhidlərimizin qanı deməkdir. Azərbaycan xalqı 9 noyabr Dövlət Bayrağı Gününüzü təbrik edirəm".
Daha sonra söz alan millət vəkili Asim Mollazadə bayraq haqqında fikirlərini bildirib: "Bayraq bizim liderliyimizin rəmzidir. Azərbaycan bayrağı zülmətdə yaşayanların işığıdır. Bayrağımızı heç kim əlimizdən ala bilməz. Onu da qeyd edim ki, Azərbaycan Qarabağ döyüşlərində qalib gələcək. Çünki ordumuz güclüdür. Hər birinizin 9 noyabr Dövlət Bayrağı Gününü təbrik edirəm".
Qeyd edək ki, tədbirin sonunda xalq artisti Samir Cəfərov və əməkdar artist İlqar Muradov repertuarlarında olan bəstələri səsləndiriblər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB