“Sərhədçi” vokal-instrumental ansamblı Astara və Lənkəranda FOTOLAR
Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin və "Sərhədçi" vokal-instrumental ansanblının kollektivi tez-tez hərbi hissə və bölmələrdə ezamiyyətlərdə olur, dövlət sərhədlərimizin mühafizəsini şərəflə təşkil edən hərbi qulluqçular qarşısında vətənpərvərlik mahnılarını, xalq musiqilərini, müasir bəstəkarların əsərlərini zövqlə ifa edir, yüksək əhval-ruhiyyə yaradırlar. SİA-nın məlumatına görə, sərhədlərimizin mühafizə olunmasının əhəmiyyətinin daha dərindən dərk edilməsi, ictimaiyyət arasında Vətənə sevgi və onun sərhədlərinə sədaqət hissinin aşılanması, həmçinin rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkilində vətənpərvərlik tərbiyəsinin rolunu artırmaq məqsədi ilə sərhədçi musiqiçilər ölkəmizin sərhədyanı rayonlarının sakinləri qarşısında da tez-tez maraqlı konsert proqramları ilə çıxış edirlər.
Bu günlərdə Dövlət Sərhəd Xidmətinin təşəbbüsü ilə "Sərhədçi" vokal-instrumental ansamblının Astara şəhər mədəniyyət mərkəzində, Lənkəran şəhər mədəniyyət mərkəzində nümayiş etdirdiyi konsert proqramları da tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Astara və Lənkəran şəhərindəki təhsil müəssisələrinin tələbələrinin, yerli ictimaiyyət nümayəndələrinin qatıldığı konsertdə hərbi-vətənpərvərlik mahnıları, müasir instrumental musiqi əsərləri yüksək zövqlə ifa olunub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB