VII Avropa Film Festivalının Azərbaycan üçün əhəmiyyəti AÇIQLAMA

VII Avropa Film Festivalının Azərbaycan üçün əhəmiyyəti AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda VII Avropa Film Festivalı keçirilir. Bir çoxlarında "Avropa Film Festivalında həqiqətən də Avropaya səyahət edə biləcəyikmi?" kimi suallar yaranır.

Bütün bu sullara son qoymaq üçün "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovla əlaqə yaratdıq. SİA-ya açıqlama verən M.Hətəmov bu fikirləri söylədi: "VII Avropa Film Festivalında təkcə Avropa filmləri yox, dünyada çəkilən ən yaxşı ekran işləri nümayiş olunacaq. Bu festivalın keçirilməsi artıq ənənə halını alıb. Bu, çox yaxşıdır. VII Avropa Film Festivalının keçirilməsini alqışlayıram. Tamaşaçılar VII Avropa Film Festivalında təkcə Avropanın yox, bir çox ölkələrin mədəniyyətini görəcəklər. Zövqlərimiz daha da yaxşı formalaşacaq. Dünyaya baxışımız dəyişəcək. Mədəniyyət və Turizm Nazirliyinə olunan şikayət əsasında Azərbaycan kinoteatrlarında nümayiş olunan bütün filmlər tərcümə olunub. Ən yaxşı sənət nümunələrini tamaşaçıların görməsi həmin cəmiyyətin inkişafı deməkdir. Xüsusi ilə qeyd edim ki, VII Avropa Film Festivalında "Qırmızı bağ" adlı Azərbaycan filmi də nümayiş olunur. Həmin film təkcə Bakıda yox, Qahirədə və neçə ölkənin festivalında nümayiş olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə