Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – dünya şöhrətli ingilis yazıçısı Uilyam Somerset Moemin Azərbaycan dilinə tərcümə edilmiş "Teatr (Seçilmiş əsərləri)" kitabı işıq üzü görüb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitaba yazıçının məşhur "Teatr" romanı, pyes və novellaları daxil edilib. Əsərləri Azərbaycan dilinə yazıçı, tərcüməçi Yaşar çevirib. Nəşrin redaktoru Güldəstə Nəsibdir.
Əsərin elektron versiyası yaxın günlərdə Tərcümə Mərkəzinin "Açıq kitab" elektron kitabxanasının oxucularına təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB