Bu gün Bakıda yeddinci Avropa Film Festivalının rəsmi açılış mərasimi olub. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən "Park Sinema" kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev bildirib ki, ildən ilə bu festivala maraq artmaqdadır. Bu il festivalda Avropa İttifaqına üzv ölkələrdən 19 film və bir Azərbaycan filmi nümayiş olunacaq: "Tamaşaçıların sayının altı- yeddi min nəfər olacağını gözləyirik. Bu festival Azərbaycanla Aİ ölkələri arasında əlaqələrı mühüm töhfə verir".
Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bu il festival çərçivəsində təqdim ediləcək filmlərin maraqla qarşılanacağına əminliyini ifadə edib və hər kəsi film festivalından zövq almağa çağırıb.
Daha sonra İspaniya istehsalı olan "Gözü bağlı yaşamaq asandır"(Living is easy with eyes closed) filmi nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB