Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov VII Azərbaycan-Rusiya regionlararası forumu çərçivəsində Bakıda səfərdə olan Rusiya Federasiyasının Arxangelsk vilayəti Hökumətinin sədr müavini Viktor İkonnikovu qəbul edib. SİA-nın məlumatına görə, Viktor Mixayloviç Arxangelsk vilayətinin turizm potensialı haqqında məlumat verib, bölgədə balıqçılıq və ovçuluq turizminin inkişafı üçün infrastrukturun mövcud olduğunu və Azərbaycandan olan turistlərin Arxangelsk vilayətinə səfərlərinin təşkili və bölgənin turizm məkanı kimi təbliğ olunmasında maraqlı olduqlarını qeyd edib.
Nazim Səmədov öz növbəsində Azərbaycanın turizm imkanları barədə qonağı məlumatlandırıb, zəngin tarixə və mədəniyyətə malik Azərbaycanda həmçinin sağlamlıq turizminin inkişaf etdiyini bildirib. Naftalan kurortu barədə danışan Nazim Səmədov həmin kurortun Arxangelsk vilayətindən olan turistlərin diqqətini cəlb edəcəyindən əminliyini ifadə edib. Nazim Səmədov qarşı tərəfin marağını nəzərə alaraq hər il Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF) çərçivəsində Arxangelsk vilayətinin təqdimatının həyata keçirilməsinin mümkünlüyünü bildirib və vilayətlə turizm sahəsində əlaqələrin inkişafına Azərbaycan tərəfinin hazır olduğunu qeyd edib.
.png)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB