Rusiya-Azərbaycan turizm imkanları Forumda müzakirə edilib FOTOLAR

Rusiya-Azərbaycan turizm imkanları Forumda müzakirə edilib FOTOLAR

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya regionlararası forumunun rəsmi açılışı keçirilib. SİA-nın məlumatına görə, Forumun Proqramına uyğun olaraq Heydər Əliyev Mərkəzində təşkil olunmuş "Turizm sahəsində əməkdaşlığın inkişafı: problemlər və perspektivlər" mövzusuna həsr olunmuş hər iki dövlətin turizm sahəsindəki nümayəndələrinin iştirakı ilə dəyirmi masa ətrafında görüş keçirilib.

Dəyirmi masanın Azərbaycan tərəfindən moderatoru turizm şöbəsinin müdir müavini Rauf Paşayev, turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, turizm sənayesinin nümayəndələri, Rusiya tərəfindən isə Rosturizmin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rusiya tərəfindən moderator Valeriy Korovin, Rusiya turizm sənayesinin nümayəndələri və s. təmsil olunub.

Görüşdə R. Paşayev turizmin ölkəmizin mədəniyyəti, tarixi və qeyri-maddi irsinin təbliği baxımından oynadığı əvəzsiz rol, Dövlətin sözügedən sahənin inkişafı naminə son illər ərzində atdığı mühüm addımlar, həmçinin cari ildə Azərbaycana gələn turistlərin sayında artım barədə məlumat verib. Bildirilib ki, ölkəmizə gələnlərin 32% faizindən çoxu Rusiya vətəndaşlarının payına düşür.

Dəyirmi masada ölkəmizin Rusiya Federasiyasındakı turizm nümayəndəliyi funksiyalarını yerinə yetirən "Tour A Vent" şirkətinin əməkdaşı İgor Şaulov, nümayəndəliyin fəaliyyəti, habelə iki ölkə arasında turizm əlaqələrinin inkişafına mane olan faktorlar barədə məlumat verib. Tədbir çərçivəsində Azərbaycanın, habelə Rusiya Federasiyasının Stavropol vilayətinin və Dağıstan Respublikasının turizm potensialına həsr olunmuş təqdimatlar nümayiş olunub.

Eyni zamanda, keçirilən dəyirmi masanın nəticəsi olaraq hər iki dövlətin turizm şirkətləri arasında münasibətlərin qurulması, yeni əməkdaşlıq mexanizmlərinin yaradılması, bu əlaqələrin daha da genişlənməsi ölkəmizə gələn Rusiya vətəndaşlarının sayının artmasına müsbət təsir göstəriləcəyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə