Mədəniyyət və Turizm Nazirliyində nazir müavini Sevda Məmmədəliyevanın başçılığı altında "Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi" məsələsinə dair iclas keçirilib. SİA-nın məlumatına görə, iclasda nazirliyin məsul əməkdaşları, Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşları, eləcə də Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən "Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək" adlı Tvinninq layihəsinin yerli koordinatoru cənab Alessandro Bianki və Italiyadan Mədəniyyət sahəsində mədəniyyət sərvətlərinin ixracı və idxalı üzrə hüquqşünas - mütəxəssis Paolo Ferri iştirak edib.
İclas zamanı "Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası" və "Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qayda"ları müzakirə edilib, milli mədəni irsin qorunması şərti ilə turistlərin əldə etdikləri mədəni sərvətlərin ölkədən çıxarılması zamanı problemlərin həlli yolları araşdırılmış və onların aradan qaldırılması üçün təkliflər irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB