Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi Moskvada qastrol səfəri çərçivəsində iki tamaşa ilə çıxış edib. SİA-nın məlumatına görə, Qusar Ləzgi Dram Teatrının kollektivi "Çayka" mədəniyyət evinin səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" və Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimi, yazıçı-dramaturq Asəf Mehmanın əsəri əsasında hazırlanan "Sədəf" tamaşalarını ləzgi dilində təqdim edib.
Hər iki səhnə əsəri moskvalı tamaşaçılar, xüsusilə orada yaşayan həmyerlilərimiz tərəfindən alqışlarla qarşılanıb. Bununla yanaşı, tamaşaçılara folklor qruplarının ifası və milli rəqslər də təqdim olunub.
Tamaşaları izləməyə gələnlər mədəniyyət evinin foyesində Qusar rayonun tarixi və mədəniyyətini əks etdirən stendlə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB