"Şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti" öz işinə başlayıb FOTO

"Şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti" öz işinə başlayıb FOTO

BMÜTT-nin "Şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti" öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirin açılışında BMÜTT-nin Baş Katibi cənab Taleb Rifai, Misir Ərəb Respublikasının turizm naziri cənab Yehia Raşed, Luksor şəhərinin qubernatoru Muhamed Sayed Bedr və Ümumdünya Turizm və Səyahətlər Şurasının prezidenti David Skousil çıxış edib.

Daha sonra "Perspektivlər və çətinliklər" mövzusunda Şəhər Turizmi üzrə yüksək səviyyəli panel iclası keçirilib. Panelçi qismində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şəhər turizmi, bu turizm növünün inkişafı perspektivləri, onun sosial və iqtisadi təsirləri və potensial problemlər haqqında ətraflı məlumat verib.

Şəhər turizmində davamlı və hərtərəfli inkişafa nail olmaq məqsədilə hansı işlərin görülməli olduğunu qeyd edən nazir, bu növ turizmin multi-funksional təbiətinin çox dəqiq planlaşdırma və idarəetməyə ehtiyac yaratdığını vurğulayıb. Çıxış zamanı Əbülfəs Qarayev ölkəmizin paytaxtında, eləcə də digər böyük şəhərlərdə bu növ turizmin planlaşdırılması və gələcək perspektivlər, bu sahə üzrə inkişafın təmin edilməsi məqsədilə görüləcək işlər barədə geniş məlumat təqdim edib.

Qeyd edək ki, iclas şəhər turizmi mövzusu ətrafında müvafiq müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə