Noyabrın 5-də xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova Parisdə konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, konsert proqramı Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq. "Philharmonie De Paris - Cite De La Musique"də reallaşacaq konsertdə sənətkarları tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, zərb alətində Cavidan Nəbiyev müşayiət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB