Azərbaycan Özbəkistanda da təmsil olunur

Azərbaycan Özbəkistanda da təmsil olunur

Özbəkistanda Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2016-cı ildə Azərbaycanın turizm resurslarının Özbəkistanda təbliği, müalicəvi və istirahət turizm mərkəzlərinə dair çoxsaylı təqdimatlar keçirir. SİA-nın məlumatına görə,

Özbəkistan vətəndaşlarını, turistləri Azərbaycana cəlb etmək məqsədi ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan videoçarx Özbəkistan Dövlət Televiziyasının kanallarında nümayişinə start verilib.

Videoçarxda Azərbaycanın tanıtımı, Bakı şəhəri, onun görməli yerləri, tarixi "İçərişəhər", şəhərin arxitekturası, Bakı gecələri, dəniz mənzərəsi dənizkənarı Milli Park öz əksini tapıb.

Qeyd edək ki, Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın turizm resursları, milli mətbəxinin təbliği yalnız keçirilən tədbirlər səviyyəsində deyil, hətta nəşr olunan kitablarda və Mərkəzin saytında da ictimaiyyətə geniş işıqlandırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə