“Musica Ficta” musiqi qrupu azəri sevənlərini heyran etdi FOTOLAR
Beynəlxalq Muğam Mərkəzində Kolumbiyanın məşhur "Musica Ficta" musiqi qrupu konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, konsert proqramı Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutub.
Qrup səhnədə ifa etdiyi bir-birindən maraqlı vokal caz nömrələrini zövq və yüksək enerji imkanı ilə nümayiş etdirib. Təqdim olunan kompozisiyalar həqiqi musiqi zərifliyini qoruyaraq daha çox harmonik şəkildə olması ilə seçilib. Musiqi nömrələrində istedadlı ifaçı üslubu və ritmlərin mükəmməl sintezi ustalıqla canlandırılıb. Müxtəlif janrların sintezindən ibarət universal musiqi üslubunun nümayiş olunduğu konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, "Musica Ficta" qrupu Latın Amerikasının müstəmləkə dövrünə aid olan bir sıra unudulmuş musiqi kompozisiyalarını yenidən gündəmə gətirir. Dünyanın dörd qitəsində 25-dən çox ölkədə müxtəlif konsert proqramı ilə çıxış edən qrupun repertuarı həmişə maraqla qarşılanıb. "Musica Ficta" dünyada Latın Amerikasının ənənəvi musiqi alətlərindən istifadə etməklə poeziya ilə musiqi arasındakı əlaqəyə hər zaman hörmətlə yanaşıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB