Polşalı musiqiçilər Azərbaycanda!

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində "Rotunda Jazz Club"un səhnəsində tanınmış polşalı musiqiçilər Qjex Piotrovski – Sebastian Vıpıx dueti çıxış edib. SİA-nın məlumatına görə, Qjex Piotrovski istedadlı saksofonçu, prodüser, aranjemançı və bəstəkardır. O, 1997-ci ildə qısa vaxtda Polşa cazında sıçrayış yaratmış "Alchemik" qrupunu təsis edib. Kollektiv Avropanın bir sıra caz festivallarında "Qran-pri"yə layiq görülüb. Qrup bir neçə albom buraxıb.

Sebastian Vıpıx Şopen adına Varşava Musiqi Akademiyasında təhsil alıb. O, müxtəlif orkestrlərdə, digər musiqiçilərlə duetlərdə çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə