Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində "Takumi`s Trick with Asian friends" yapon kvartetinin konserti olub. SİA-nın məlumatına görə, "Takumi`s Trick with Asian friends" qrupu məxsusi olaraq Bakı Beynəlxalq Caz Festivalı üçün dörd gənc musiqiçidən təşkil edilib.
Qrupda Takumi Nakayama (saksofonçu), Yusei Takaxaşi (fortepiano), Takumi Katsuya (bas), Akira Yamada (zərb alətləri) təmsil olunublar.
Qrupun lideri, istedadlı saksafonçu Takumi Nakayama yapon cazının ümidverici təmsilçisidir. O, 5 yaşından fortepianoda, 12 yaşından isə saksafonda çalmağa başlayıb. Hazırda Vaseda Universiteti orkestrinin aparıcı saksofonçusu, "Takumi`s Trick with Asian friends" kvartetinin fəal ifaçısı, eləcə də bəstəkar-aranjimançıdır. Musiqiçinin sözlərinə görə, o, həmişə insanların ürəyinə yol tapan musiqi axtarışındadır.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB