MEMM və MTİETİ arasında memorandum imzalanıb FOTOLAR

MEMM və MTİETİ arasında memorandum imzalanıb FOTOLAR

"Rusiya və Azərbaycan gənclərinin mədəni üstünlükləri və dəyər istiqamətləri: müasir vəziyyət və dövlət mədəniyyət siyasətinin meyarları" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, Moskvada Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Rusiyanın D.S.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Tərəflər iki ölkə arasında mədəni əlaqələrin davamlılığını qeyd edərək birgə layihələrin həyata keçirilməsi, tədqiqatların aparılması, qarşılıqlı informasiya dəstəyinin göstərilməsi və s. məsələlər haqqında razılıq əldə ediblər.

Bunun nəticəsində 28 oktyabr 2016-cı il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) imzalanmış memorandum çərçivəsində görüləcək ilk birgə layihə "Rusiya və Azərbaycan gənclərinin mədəni üstünlükləri və dəyər istiqamətləri: müasir vəziyyət və dövlət mədəniyyət siyasətinin meyarları" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə D.S.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutunun, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin nümayəndələri iştirak edib.

Tədbirdə qloballaşma və informasiya münaqişəsi şəraitində gənclərin mədəniyyət siyasətinin aktual məsələləri müzakirə olunub, bu sahədə görülmüş praktiki işlər üzrə təcrübə və fikir mübadiləsi aparılıb. Tərəflər Rusiya və Azərbaycanda aparılmış dövlət mədəniyyət siyasətinin dəstəklənməsi uğrunda tədbirlər görülməsi və ikitərəfli əməkdaşlığı davam etdirilməsi haqqında razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə