Bakıda "Mənim Hindistanım" sərgisi açılıb

Bakıda "Mənim Hindistanım" sərgisi açılıb

Hindistanın Bakıdakı səfirinin iqamətgahında əməkdar rəssam Əşrəf Heybətovun "Mənim Hindistanım" adlı sərgisi açılıb. SİA-nın məlumatına görə, təbirdə sənət adamları, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak eiblər.

Səfir Sanjay Rana bildirib ki, sərgi Hindistan - Azərbaycan diplomatik münasibətlərinin yaradılmasının 25 illiyinə həsr olunub. O, daha sonra rəssamın yaradıcılığından söz açıb. Bildirib ki, Ə.Heybətov YUNESKO-nun Rəssamlar Assosiasiyasının üzvüdür. Rəssamın 11 sentyabr hadisəsi ilə bağlı əsərləri ABŞ-da sərgilənib. Ə.Heybətov iki dəfə 1991-ci il və 2002-ci ildə Hindistanda olub və öz müşahidələrini yaratdığı əsərlərdə əks etdirib.

Sonra çıxış edən müəllif sərginin təşkilinə görə səfirə minnətdarlığını bildirib. Tədbirin fəxri qonaqları sərginin açılmasıni bildirən simvolik şamları yandırıblar.

Qeyd edək ki, sərgidə rəssamın 35-dək əsəri nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə