İSESKO-ya üzv ölkələrin Təhsil Nazirlərinin I Konfransı keçirilir FOTOLAR
Tunis Respublikasının paytaxtında İSESKO-ya üzv ölkələrin Təhsil Nazirlərinin Birinci Konfransı keçirilir. SİA-nın məlumatına görə, konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESKO-nun 12-ci Baş konfransının Prezidenti qismində iştirak edir.
Tədbirin açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Mədəni, İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, Tunisin təhsil naziri və 12-ci İSESKO Baş konfransının Prezidenti, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təhsilin və mədəniyyətin islam ölkələri arasında əməkdaşlığa və həmrəyliyə töhfələri barədə çıxış ediblər.
Əbülfəs Qarayev Azərbaycanla İSESKO arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib, bu əməkdaşlığın əsas istiqamətlərində biri olan təhsilin gələcək perspektivləri və İslam Dünyasındakı rolundan bəhs edib.
Səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı, İSESKO-nun rəhbərləri və üzv ölkələrin nazirləri ilə rəsmi görüşlərin keçirilməsi də nəzər tutulur.
Qeyd edək ki, konfrans iki gün davam edəcək.

.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB