Xalq artisti Fuad Poladov çalışdığı Akademik Milli Dram Teatrından ayrılır. SİA-nın məlumatına görə, bu barədə teatrın keçmiş aktyoru Hikmət Rəhimov sosial şəbəkədə yazıb: "Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Mənə görə polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən, oradakılara narahatçılğını bildirən Fuad Poladov... Səmimiliyimə inanın ki, bununla fəxr etmirəm və şokdayam. Hər gün mənə ən azı zəng vurub, ürək-dirək verməyi heç vaxt unutmaram. Bunu heç kim etməzdi. Hər şeyə görə sağ olun".
Qeyd edək ki, xalq artisti teatrda oktyabrın 28-i sonuncu dəfə səhnəyə çıxacaq:

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB