Lənkəran teatrı Lerikdə FOTOLAR

Lənkəran Dövlət Dram Teatrının truppası Lerikdə qastrol səfərində olub. SİA-nın məlumatına görə, yaradıcı kollektiv Lerik rayon mədəniyyət evinin səhnəsində Əli Vəlioğlunun "Əsrlərin harayı" tamaşası ilə sənətsevərlər qarşısında çıxış edib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi bu səhnə əsəri qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edir.

Böyük maraqla baxılan tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Əsas rolları teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov və başqalar oynayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə