Nazir Fərhad Xəlilova “Şərəf” ordenini təqdim etdi FOTOLAR

Nazir Fərhad Xəlilova “Şərəf” ordenini təqdim etdi FOTOLAR

Azərbaycan Rəssamlar İttifaqında bu qurumun sədri, xalq rəssamı Fərhad Xəlilova "Şərəf" ordeninin təqdim olunması mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan Rəssamlar İttifaqının yarandığı gündən bu günədək incəsənətimizin inkişafındakı xidmətlərindən, göstərdiyi fəaliyyətdən danışıb: "Fərhad Xəlilovun incəsənətimizin təbliği istiqamətində fəaliyyəti olduqca ürəkaçandır. O, hələ yaradıcılığa başladığı ilk illərdən novatorluğa meyil göstərib. Rəssam bütün yaradıcılığı boyu öz ideyalarına sadiq qalıb. Fərhad Xəlilov təkcə Azərbaycan miqyasında deyil, dünya miqyasında şöhrət tapmış sənətkardır. Onun əsərləri aparıcı incəsənət ekspertləri tərəfindən xüsusi qeyd olunmaqla yanaşı, dünyanın bir sıra məşhur sərgi salonlarında qorunur, saxlanılır və sərgilənir. Mədəniyyət və incəsənət sahəsinin inkişaf aspektlərinin hər zaman dövlət başçısının diqqətindədir".

Nazir xalq rəssamına yaradıcılığında uğurlar arzulayaraq "Şərəf" ordenini ona təqdim edib.

F.Xəlilov yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib: "Ənənəvi olaraq dövlət başçısının mədəniyyət və incəsənət sahəsinə böyük diqqət və qayğı ilə yanaşır. Bu proses hələ Ulu Öndər Heydər Əliyev tərəfindən başlanıb. Bu gün həmin proseslərin davamı olaraq dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsində ölkəmizdə nəinki mədəniyyət və incəsənət sahəsi, həyatın bütün sahələri böyük diqqətlə əhatə olunub".

Sonda Azərbaycan Rəssamlar İttifaqının kollektivi adından ölkə Prezidentinə minnətdarlıq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə