“İntermediallıq məsələləri. Musiqi və ədəbiyyat”

“İntermediallıq məsələləri. Musiqi və ədəbiyyat”

Qərb Universitetində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə "İntermediallıq məsələləri. Musiqi və ədəbiyyat" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda ədəbiyyat və musiqi sənətinin intermedial əlaqələri və bir sıra məsələlər müzakirə olunub.

Konfransda Qərb Universitetinin professor – müəllim heyəti ilə yanaşı, Tokio İncəsənət Universitetinin (Yaponiya), Gürcüstan Dövlət Folklor Mərkəzinin (Gürcüstan), Ural Federal Universitetinin (Yekaterinburq, Rusiya Federasiyası), İslam Azad Universitetinin Qum filialının (İran), AMEA-nın Nizami adına Ədəbiyyat, Memarlıq və İncəsənət institutlarının, Azərbaycan Milli Konservatoriyasının mütəxəssisləri də iştirak ediblər.

Konfransda intermediallıq poetikası, musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi, Azərbaycan muğamı və aşıq yaradıcılığında musiqi ilə poeziyanın qarşılıqlı vəhdəti, incəsənətlərin ümumiliyi, musiqi və bədii ədəbiyyat, musiqi və poeziya, musiqi və dramaturgiya, ədəbiyyat – kino – musiqi, bəstəkar və ədib, bədii forma və digər məsələlər barədə məruzələr dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə