Azərbaycanın görkəmli muğam ustadı, xalq artisti Hacıbaba Hüseynovun vəfatından 23 il ötür. SİA-nın məlumatına görə, Hacıbaba Hüseynov 1919-cu ildə Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində anadan olub. Ruhani ailəsində böyüyüb. Erkən yaşlarından güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarını mənimsəyərək qəzəllər yazmağa, tədricən muğam və təsniflər oxumağa başlayıb.
Onun səs diapozonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib. Uzun illər Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deyib, xanəndələr yetişdirib. Onun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılıb. Hacıbaba Hüseynov xalq yaracılığına da böyük diqqət verib. Azərbaycanın müxtəlif bölgələrindən, habelə Türkiyə və İraqda oxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə edib, beləliklə, xalqdan topladığını yeniləmiş şəkildə xalqa qaytarır, bu sənət əsərlərin daha da geniş tanınmasına zəmin yaradıb. Hacıbaba Hüseynov xalq artisti, xanəndə Sara Qədimovanın yeznəsi olub. Ustad xanəndə 1993-cü il oktyabrın 24-də Bakı şəhərində vəfat edib.
Məzarı Fəxri Xiyabandadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB