"Azərbaycanda multikultural dəyərlər" FOTOLAR

"Azərbaycanda multikultural dəyərlər" FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz Frankfurt Kitab Sərgisində iştirak edir. SİA-nın məlumatına görə, sərgi çərçivəsində, milli stenddə "Azərbaycanda multikultural dəyərlər" adlı tədbir baş tutub.

Azərbaycanın Almaniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Ramin Həsənov tədbirin açılış nitqini səsləndirib, Azərbaycanda multikulturalizm ənənələri və hal-hazırda bu sahədə görülmüş işlər haqqında geniş məlumat verib.

Daha sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxışı zamanı multikultural dəyərlərin əsrlər boyunca ölkəmizdə mövcud olması, orada yaşayan azsaylı xalqların və etnik qrupların mədəniyyətinin hər zaman qorunması və inkişafından bəhs edib. Ulu öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin bu mövzunu daim diqqətdə saxlamaqları və bu sahədəki hərtərəfli fəaliyyətləri haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, cənab Prezidentin 11 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən cari il ölkəmizdə "Multikulturalizm ili" elan olunub və geniş Tədbirlər Planı təsdiq edilib. İl ərzində həyata keçirilən çoxsaylı tədbirlər və azsaylı xalqların mədəni, sosial-iqtisadi durumunun daha da yaxşılaşdırılması üçün görülmüş işlər multikultural dəyərlərin qorunması və inkişafı sahəsində ölkəmizin dünyaya örnək təşkil etdiyinin əyani sübutudur. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun cari ildə Bakıda keçirilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Multikulturalizm ilində respublikamızın hər yerində çoxsaylı sərgilər, incəsənət festivalları, kitab təqdimatları və başqa tədbirlər keçirilməkdədir. Multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi üzrə bir modelə çevrilmiş Azərbaycan bu dəyərlərin dünyada təşviqində mühüm rol oynayır və xarici hökümətlərlə, beynəlxalq təşkilatlarla mövcud əməkdaşlıq əlaqələrini yüksələn xətt üzrə davam etdirir.

Nazirin birinci müavini Vaqif Əliyev çıxışının sonunda tədbirə qatıldıqları üçün hər kəsə təşəkkürünü bildirib.

Ardınca Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə İsmayılova Patzer, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Almaniyanın Reynland Pfalts əyalətinin millət vəkili Rahim Şmitt və Şprenflingen Gensingen İcmalar Birliyinin rəhbəri Manfred Şerer çıxış edib və multikultural dəyərlərin Azərbaycandakı və dünyadakı hazırki vəziyyəti barədə məlumat veriblər.

Çoxsaylı ziyarətçilərin qatıldığı tədbirin sonunda qonaqlara multikulturalizmlə bağlı çap olunmuş kitablar hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə