Avropa Şurası, Malta İncəsənət Şurası və Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutu ("ERİK-arts") tərəfindən İFACCA (The International Federation of Arts Councils and Culture Agencies)–nın VII Dünya Sammiti çərçivəsində Malta Respublikasının St.Culians şəhərində birgə təşkil olunmuş "Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu" adlı beynəlxalq layihənin Milli Müəlliflərinin 15-ci Assambleyası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil olunub. SİA-nın məlumatına görə, Beynəlxalq Assambleyada Avropa Şurasının, İFACCA, Avropa-Asiya Fondunun, Malta İncəsənət Şurasının, Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutunun təmsilçiləri, Almaniya, Avstriya, Azərbaycan, Belçika, Böyük Britaniya, Çexiya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İtaliya, Litva, Macarıstan, Malta, Niderland, Polşa, Rumıniya, Sloveniya və Yunanıstan üzrə Kompendium Milli Müəllifləri iştirak ediblər. İclas zamanı Kompendium layihəsinin mövcud vəziyyəti və potensial gələcəyi, Kompendiumun yeni menecment strukturu, yeni tematik məkanları, xülasə profayllarının hazırlanması, informasiya xidmətlərinin təkmillləşdirilməsi və bu kimi məsələlər müzakirə olunub.
Qırx üç Avropa ölkəsinin iştirak etdiyi Kompendium layihəsi çərçivəsində milli məruzələr mütəmadi olaraq aşağıdakı əsas istiqamətlər üzrə hazırlanır: Tarixi perspektivlər, mədəniyyət siyasəti və onun alətləri; Mədəniyyət siyasətinin ümumi məqsəd və prinsipləri; Səlahiyyət, qərarvermə və idarəetmə; Mədəniyyət siyasətinin cari məsələləri, inkişaf və müzakirələr; Mədəniyyət sahəsinin əsas hüquqi təminatları; Mədəniyyətin maliyyələşdirilməsi; Mədəniyyət infrastrukturunda dövlət müəssisələri; Yaradıcılığın və iştirakın təşviqi və s., müvafiq veb-portalda (http://www.culturalpolicies.net/web/index.php) yerləşdirilir.
Məsələ ilə əlaqədar qeyd olunmalıdır ki, mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi "Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu" adlı beynəlxalq layihənin həyata keçirilməsində fəal iştirak edir. Belə ki, 2008-ci il 4-5 dekabrda Bakı şəhərində "Avropada Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu" layihəsinin "10 illik yubileyi"nə həsr olunmuş Avropa Şurasına üzv-dövlətlərin milli müəlliflərinin iclası təşkil olunmuşdur. Layihə üzrə Azərbaycan Respublikasında həyata keçirilən mədəniyyət siyasətinin təhlilinə dair geniş həcmli Azərbaycan Milli Profaylı (90 səhifə) mütəmadi olaraq milli müəllif tərəfindən hazırlanıb təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB