Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov "Avrasiyanın ürəyi – Qazaxıstan" Mərkəzi Asiya ölkələrinin VI Beynəlxalq Teatr Festivalına dəvət alıb. SİA-nın məlumatına görə, baş rejissorumuz sözügedən festivalda münsiflər heyətinin üzvü kürsüsündə əyləşəcək.
Oktyabr ayının 23-dən – 28-dək davam edəcək festivala dəvət Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi tərəfindən gəlib. Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə həyata keçiriləcək festival Taldıkorqan şəhərində baş tutacaq.
Festival Azərbaycan və Qazaxıstan mədəni və teatr əlaqələrinin genişləndirilməsi istiqamətində də əhəmiyyətli mövqe daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB