İtaliyanın Salsomaggiore şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) Baş Assambleyasında "Termal Şəhərlər" beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi, Azərbaycan tərəfindən adıçəkilən təşkilatda koordinator olan Günel Aslanova iştirak edib.
Tədbirin gündəliyində öz əksini tapmış bir neçə məsələlərdən biri də 2018-ci ildə Assosiasiyanın Baş Konfransının Azərbaycan, Fransa və Yunanıstan olmaqla 3 ölkədən birində keçirilməsinin səsə qoyulub. Azərbaycan üzrə koordinator Günel Aslanova tərəfindən "Qalaaltı" müalicə istirahət kompleksinin təqdimatı keçirilib, qonaqlara bu kompleksin müalicə və termal suyunun əhəmiyyəti haqqında məlumatlar verilib.
Çıxışında Azərbaycanın bu təşkilatdakı fəaliyyətini xüsusi vurğulayan EHTTA-nın prezidenti Guiseppa Bellandi, bu istiqamətdə əməkdaşlığın gələcəkdə də daha uğurlu olacağına ümid etdiyini bildirib.
Konfransın ikinci hissəsində gizli səsvermə nəticəsində Azərbaycan digər ölkələri qabaqlayaraq qalib olmuş və bu ali tədbirin 2018-ci ilin may ayında məhz "Qalaaltı" kurort mərkəzində keçirilməsi qərara alınmışdır. Bildiririk ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) "Termal Şəhərlər" beynəlxalq mədəni marşrutuna qoşulması ilə bağlı həyata keçirilən layihə çərçivəsində 21 yanvar 2016-cı il tarixində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyasında keçirilən görüş zamanı "Qalaaltı" sanatoriyasının "Termal Şəhərlər" beynəlxalq mədəni marşrutuna üzv seçildiyi barədə qərar qəbul edilib.
Həmçinin konfransda, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının yeni rəsmi kataloqunun təqdimatı keçirilib. Bu nəşrin xəritəsinə artıq ölkəmiz də əlavə olunub, Azərbaycanın termal bölgəsi olan Qalaaltı kurort mərkəzi haqqında geniş məlumatlar və fotoşəkillər öz əksini tapıb.
EHTTA tərəfindən bu kataloqun noyabr ayında Londonda keçiriləcək "WTM 2016" beynəlxalq turizm sərgisində paylanılması nəzərdə tutulub. Kataloqun elektron versiyası ilə qeyd olunan link vasitəsilə tanış olmaq mümkündür: (http://www.ehtta.eu/images/stories/EHTTA_Brochure_2016.pdf)
Qeyd edək ki, Qalaaltı kurort mərkəzinin üzv olduğu bu marşrutun Türkiyənin Bursa və Çexiyanın Karlovı Varı şəhərində təqdimatları keçirilib.
Məlumat üçün bildiririk ki, bu təşkilata 13 ölkədən 36 şəhər daxildir.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB