Müasir İncəsənət Mərkəzində Azərbaycan rəssamı İnna Kostinanın "İstidir, qaqaş" adlı fərdi sərgisinin açılışı olub. SİA-nın məlumatına görə, İ.Kostina təqdim etdiyi rəsmlərdə özünəməxsusluğu və Şərq atmosferini çatdırır. Rəssam növbəti sərgisini "İstidir, qaqaş" adlandırmaqla xalq arasına "art-yürüş" etdiyini bildirib. "Qaqaş" sözü Azərbaycan dilində "qardaş" sözünün qısa formasıdır və əzizləyici məna daşıyır. Şifahi nitqdə bu müraciətdən tez-tez istifadə olunur.
Böyük maraqla qarşılanan sərgi noyabrın 19-dək davam edəcək.


.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB