"Sevil" operası növbəti dəfə səhnəyə qoyulacaq

"Sevil" operası növbəti dəfə səhnəyə qoyulacaq

Noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Sevil" operası növbəti dəfə səhnəyə qoyulacaq. SİA-nın məlumatına görə, milli opera sənətimizin ən dəyərli nümunələrindən biri olan bu tamaşada indiyə kimi vokal məktəbinin görkəmli nümayəndələri çıxış etməkdədirlər. Bu dəfəki tamaşanın özəlliyi ilk dəfə əsas partiyalardan biri Balaşı xalq artisti Samir Cəfərovun ifa etməsidir.

Opera səhnəsinə Koroğlu rolu ilə gələn və bir sıra klassik operalarda aparıcı partiyaları ifa edən istedadlı müğənni bu dəfə Balaş rolunda səhnəyə çıxacaq.

Onun tərəf-müqabilləri əməkdar artistlər İlahə Əfəndiyeva (Sevil), İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Atakişi), Əkrəm Poladov (Əbdüləli bəy) və başqalarıdır.

Tamaşanın dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə