2016-cı ilin 10-11 noyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə "Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması" mövzusunda elmi konfrans keçiriləcəkdir. Konfransda YUNESKO, İRSİKA kimi beynəlxalq təşkilatlardan, həmçinin Türkiyə, Fransa, İtaliyadan ekspertlərin iştirakı gözlənilir. SİA-nın məlumatına görə, tədbirə hazırlıq məqsədilə Mədəniyyət və Turizm Nazirliyində görüş keçirilib. Görüşdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova iştirak ediblər.
Görüşdə tədbirə hazırlıqla bağlı təşkilati məsələlər, həmçinin konfransın sessiyalarının mövzuları müzakirə edilib. Konfrans zamanı Qarabağın tarixi, mədəni və memarlıq irsi, Dağlıq Qarabağın Azərbaycan identikliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacağını bildirən S.Məmmədəliyeva tədbirin Azərbaycan üçün əhəmiyyətini və aktuallığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB