Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" 30 avqust 2016-cı il tarixində Sərəncam imzalayıb. Almaniya, Azərbaycan, Gürcüstan ölkələrinin təşəbbüsü ilə 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin qeyd olunması barədə YUNESKO tərəfindən qərar qəbul edilib. SİA-nın məlumatına görə, bununla əlaqədar 18 oktyabr 2016-cı il tarixində Azərbaycan və Gürcüstanda mövcud olan alman irsi haqqında film çəkilişlərinin aparılması məqsədilə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva alman kinorejissoru Fridhelm Brükner və onu müşayiət edən həmkarları Ortvin Henniq, Gunter Konrad, Gürcüstan Milli Muzeyinin direktor müavini Mixeil Tseretelli ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının baş məsləhətçisi Sudabə Zeynalova və Nazirliyin məsul əməkdaşları da iştirak edib.
Nazir müavini Sevda Məmmədəliyeva çıxış edərək qeyd edib ki, üç ölkənin: Almaniya, Azərbaycan və Gürcüstanın birgə tarixinə həsr olunmuş bu filmin çəkilişi bütün xalqlar üçün böyük əhəmiyyət kəsb edir və Azərbaycanda xalqlar arası mövcud olan multikultural mühit və tolerantlıq bu filmdə öz əksini tapmalı və alman ictimaiyyətinə çatdırılmalıdır. Eyni zamanda Sevda xanım, çəkilişlərlə bağlı müvafiq tövsiyələr vermiş, əlavə arxiv və foto materialların daxil olunması zərurətini bildirib və mövzunun tədqiqatçısı olan Sudabə Zeynalovanın elmi və popular əsərlərindən istifadə olunmasını tövsiyə etmiş və sözü ona verib.
S.Zeynalova öz fikirlərini bölüşərək çap olunmuş bəzi əsərlərinin surətlərini Almaniyadan gələn mütəxəssislərə təqdim edib.
F.Brükner və O.Henniq çıxış edərək Azərbaycanın qərb hissəndə 200 il bundan əvvəl məskunlaşmış Alman köçkünlərinin tarix və mədəniyyətinin qorunması və gələcək nəsillərə çatdırılmasında mühüm işlərin həyata keçirilməsinə görə Azərbaycan Xalqına və Dövlətinə dərin hörmət və ehtiramlarını bildirib və filmin çəkilişlərinə 2016-cu ilin sonu 2017-ci ilin əvvəllərində başlayacaqlarını qeyd edərək, layihənin həyata keçirilməsinə 1-2 il vaxt tələb olduğunu vurğulayıblar.
Xanım Sevda Məmmədəliyeva yekun sözündə qeyd edib ki, Azərbaycan tərəfi layihənin həyata keçirilməsi ilə bağlı lazımi tədbirləri görməyə hazırdır və materiaların toplanılması ilə bağlı arxivlərdə müvafiq şərait yaradılacaqdır. Çıxışın sonunda bütün tərəflərin ən başlıca məqsədi filmin yüksək keyfiyyətlə yaradılmasına inandığını xüsusi qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB