Xəbər verildiyi kimi, 19-21 oktyabr tarixlərində Türkiyənin Ankara şəhərində Global Sağlamlıq Turizmi Zirvəsi və Sərgisi (Health Sumex) təşkil olunub. SİA-nın məlumatına görə, 30–dan çox ölkənin iştirakı ilə reallaşan tədbir Türkiyə Respublikası Səhiyyə Nazirliyinin himayəsi, Türkiyə İqtisadiyyat Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Avropa Birliyi Nazirliyi, Türkiyə İnkişaf Nazirliyi və Türkiyə Sağlamlıq Turizmini İnkişaf etdirmə Şurasının dəstəyi ilə baş tutub. Tədbir sağlamlıq turizm fəaliyyəti ilə məşğul olan 32 təşkilat, quruluş və dərnəyin iştirakı ilə həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası da Global Sağlamlıq Turizmi Zirvəsi və Sərgisinə dəstək verən ictimai birliklər sırasındadır və nümayəndə heyəti ilə təmsil olunur.
Dünya sağlamlıq turizmi peşəkarlarının və Türkiyə də daxil olmaqla bir sıra rəsmi şəxslərin iştirakı ilə 19 oktyabr tarixində keçirilən möhtəşəm açılış mərasimində Türkiyə Respublikasının mədəniyyət və turizm naziri cənab Nabi Avnı açılıq nitqi ilə çıxış edib.
Forum müddətində Türkiyə Respublikası Mədəniyyət və Turizm naziri cənab Nabi Avcı Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev ilə görüşüb. Görüş zamanı Ruslan Quliyev Azərbaycan sağlamlıq turizmi imkanları və Azərbaycanın bu sahədə yaxın illərdəki hədəfləri haqqında məlumat verdi. Həmçinin, iki ölkə arasında daha peşəkar və məhsuldar işbirliyi imkanları müzakirə olunub.
Bununla yanaşı, sərgi çərçivəsində Dünya Sağlıq Turizmi Təşkilatının prezidenti cənab Dr. Feyzi Al-Hammouri və "MEDİASA GROUP" şirkətinin prezidenti Demet xanım Sabancı Çetindoğan ilə Assosiasiyasının nümayəndələri arasında görüşlər keçirilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB